Ebola 8 min adamı öldürdü

“Ebola” virusundan ölənlərin sayı səkkiz min nəfəri ötüb.

ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 8153 nəfər olduğu bildirilib.

Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 20656 insan təşkil edib.

Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Liberiyada 8018 yoluxma faktından 3471, Syerra Leonedə 9772 yoluxma faktından 2915, Qvineyada isə 2769 yoluxma faktından 1767 insan ölümü qeydə alınıb.

Ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar.

Qeyd edək ki, Dünya Bankının ekspertlərinin hazırladığı son məruzədə Qərbi Afrikanı bürümüş Ebola virusuna qarşı mübarizəyə 3-4 milyard dollar vəsait lazım olduğu bildirilir. …read more

From:: ANS