Ağ Evdən neftin qiyməti ilə bağlı açıqlama

Dünya bazarında neftin qiymətinin düşməsi ABŞ iqtisadiyyatına müsbət təsir edir.

ANS PRESS-in məlumatına görə, belə bəyanatla Ağ evin rəsmi nümayəndəsi Djoş Ernest çıxış edib.

Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqədar ABŞ-da benzinin dəyəri bir qallona 2 dollardan aşağı düşüb.

Bununla birlikdə ölkədə avtomobillərin satışının göstəriciləri əhəmiyyətli dərəcədə artıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Federal Ehtiyat Sistemi neftin qiymətinin düşməsini ölkə iqtisadiyyatı üçün müsbət nəticələr verəcəyini demişdi. …read more

From:: ANS