Evə girən oğrunu hamamda lüt tapdılar

ABŞ-ın Oreqon ştatının Kayzer şəhərində həyət evlərindən birində çılpaq oğru saxlanılıb.

ANS PRESS-in məlumatına görə, evə oğurluğa girən şəxs spirtli içki qəbul edib. Sərxoş olan oğru cakuzidə çimməyə başlayıb.

Qonşu qadının polisə zəngindən sonra evə gələn polis hamamda çılpaq kişini aşkar edib. Onun geyimi həmin küçədə başqa evdə tapılıb.

İlkin məlumatlara görə, 24 yaşlı Qilermo Brambila iki yaşayış evinə qanunsuz olaraq girib. Oğru evlərdən birində öz geyimini qoyub, ikincidə isə ev sahiblərinin alkoqolunu içib, daha sonra onların cakuzisindən istifadə edib.

Polis oğru haqda cinayət işi açıb. …read more

From:: ANS