“Liverpul”u kabusdan qurtaran qol (VİDEO)

İngiltərə Federasiya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

ANS PRESS-in qol.az-a istinadən məlumatına görə, baş tutan iki oyunda qapılara 5 qol vurulub.

Səfərdə “Börnli”nin qonağı olan “Tottenhem” rəqibi ilə 1:1 bərabərə qalıb. Reqlamentə görə 1/32 finalın oyunları bir görüşdən ibarət olur. Lakin bu görüşdə qalib müəyyənləşmədiyi üçün cütün taleyinə Londonda keçiriləcək cavab matçında aydınlıq gələcək.

“Liverpul” klubu isə səfərdə “Uimbildon”la qarşılaşıb. “Liverpul”un kapitanı Stiven Cerard bu görüşdə dubl etməklə komandasını növbəti mərhələyə yüksəldib – 2:1.

Qeyd edək ki, federasiya kubokunda bu gün daha iki oyun keçiriləcək.

5 yanvar, İngiltərə Federasiya kuboku, 1/32 final:

“Börnli” – “Tottenhem” – 1:1
Qollar: Çadli, 56 (0:1), Vokes, 73 (1:1)

“Uimbildon” – “Liverpul” – 1:2
Qollar: Cerard, 12 (0:1), Akinfenva, 36 (1:1), Cerard, 62 (1:2)

…read more

From:: ANS