Ağır qəza: yaralılar var (FOTO)

Ötən gün axşam saatlarında Cəlilabad rayonunda ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Abışabad kəndi ərazısındən keşən hissəsində baş verib.

Belə ki Cəlilabad rayonu istiqamətində hərəkətdə olan 1983-cü il təvəllüdlü Aqil Elyas oglu Agayev idarə etdiyi “VAZ-2107” markalı minik avtomaşını ilə əks istiqamətdə hərəkətdə olan Ruslan Muxdar oglu Xudiyevin idarə etdiyi BMW markalı minik avtomobililə qəza törədiblər.

Hadisə şahidlərinin sözlərinə görə, hadisəyə hər iki avtomaşının yüksək sürəti hərəkət etməsi səbəb olub. Bundan başqa, BMW-nin ön fənərləri nasaz olub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Bundan başqa, “Jiquli”nin sərnişinləri 1957-ci il təvəllüdlü Elyas Seyfi oglu Agayev və 2007-ci il təvəllüdlü Aqşin Şölət oglu Agazadə ağır yaralanıblar. Yaralılar muxtəlif dərəcəli bədən xəsarətlərilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Xəstəxanadan verilən müəlumata görə, azyaşlı xəstə Aqşin Şölət oglu Agazadəyə lazımi yardımlar göstərilib. Digər xəstə Elyas Seyfi oglu Agayevin xəsarətləri agır oldugundan paytaxt xəstəxanalarından birinə göndərilib.

Faktla baglı araşdırmalar aparılır.

…read more

From:: ANS