İki prokuror işdən çıxarıldı

Baş Prokurorluqda kadr dəyişikliyi olub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, yeni kadr dəyişikliyilə bağlı baş prokuror Zakir Qaralov yeni əmr imzalayıb.

Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Gəncə şəhər prokuroru Adil Vəliyev və Yasamal rayon prokuroru Həsrət Pirməmmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.

Hər iki şəxs Baş Prokurorluqda yeni təyinat alıblar.

Hələlik işdən çıxarılan prokurorların yerinə yeni təyinat edilməyib. …read more

From:: ANS