İslam bankçılığı nədir? (VİDEO)

“Allah alış-verişi halal, sələm almağı isə haram (qadağan) buyurub. Yaxud “Allah sələmi məhv edər, sədəqələri isə artırar” .

ANS TV-nin məlumatına görə, bu kəlamlar Müqəddəs kitabımız olan Quranın Əl-Bəqərə surəsindəndir. İslama üz tutanların sayı günü-gündən artdığı bir vaxtda İslam banklarının yaradılması zərurəti də ortaya çıxır. Çünki islamda olan insanların böyük əksəriyyəti inanclarına sahib çıxaraq, nə pullarını digər banklara qoyur, nə də onlardan kredit götürürlər.

“İçəri Şəhər” məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, əgər insanın bir evi var və ikincini istəyirsə bu haramdı, əgər ikinci maşını istəyirsə bu israfcılıqdı və İslamda bu günahdır .

Bəs İslam krediti nədir? İslam bankçılığının klassik bank sistemindən fərqi odur ki, qərb bankçılığında əvvəlcədən faiz müəyyənləşdirilib, sonra da onun gəlir səviyyəsindən asılı olmayaraq ödənməsi tələb olunduğu halda, İslam bankçılığında layihənin gətirdiyi gəlir də nəzərə alınaraq mənfəət götürülür. Beləliklə də o, əvvəlcədən müəyyən edilən faizdən, sələmdən tam uzaqlaşa bilir. Amma bu zaman banklar heç bir əlavə haqq faiz tələb edə bilməz. Azərbaycanda yeni yaransa da artıq İslam qaydalırı ilə daha aşağı faizlərlə kreditlər verilir.

İslam bankçılığı Departamentinin direktoru Behnam Qurbanzadə İslam bankçılığının sırf korporativ sistemə yönələn bir bank olduğunun deyir. Onun sözlərinə görə, artıq fəaliyyətləri regoinlarda kənd təsərrüfatına xidmət göstərməklə başlanılıb.

İslam bankçılığı həm korporativ, həm də fərdi müştərilərə xidmət göstərir. Depatament indiyə qədər korparativ müştərilərinə 100 milyon manatdan çox vəsait verib.

Azərbaycanda 6 adda bank məhsulunu İslam bankçılığı ilə almaq olar. Onların sırasında hətta ipoteka ilə ev alqısı da var. İslami qaydaları ilə kredit və depozit xidmətlərindən isə müsəlman olmayan şəxs də yararlana bilər. Yetər ki, haramçılıq etməsin. Çünki İslam şərtləri daxilində fəaliyyət göstərən bankların haram buyrulan sahlərə məsələn içki, tütün məhsullarının istehsalına kredit ayırmaq qəti qadağandır. Mənfəətdən əldə olunan pay faiz kimi deyil, ticarət mənfəəti kimi götürülür və İslamda da mənfəət halal …read more

From:: ANS