Narkodillerlər arasında atışma: 3 ölü

ABŞ-ın Texas ştatının Dallas şəhərində narkodillerlər arasında düşən atışmada üç nəfər ölüb.

ANS PRESS-in məlumatına görə, evdə baş verən atışmada daha iki nəfər yaralanıb.

Hadisə zamanı evdə təxminən on nəfər olub. Ehtimal olunur ki, onların hamısı narkobizneslə əlaqəli olub.

Çağırış üzrə evə gəlmiş polislər hadisə yerində iki meyit və iki yaralını aşkar ediblər.

Zərərçəkənlərdən biri xəstəxanada ölüb. Onların yaşı və adları, hadisənin başqa təfərrüatları açıqlanmır. …read more

From:: ANS