Bakı dilənçilərdən təmizləndi

Bayram günləri Bakıda dilənçiliklə məşğul olan 98 nəfər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat yanvarın 2-4 tarixlərində keçirilib.

Keçirilən tədbirlər nəticəsində, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 20 kişi, 32 qadın, 46 azyaşlı saxlanılıb.

Onlarla fərdi söhbətlər aparılıb. Bəzilərinin barələrində inzibati qaydada protokol tərtib olunub.

Saxlanılan şəxslər qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib. …read more

From:: ANS