Şabranda bədbəxt hadisə

Ötən gün Şabranda 40 yaşlı kişi özünü ov tüfəngilə vurub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Şabran rayonunun Rəhimli kəndində kənd sakini Əlizamin Bayramov ov tüfəngilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində əl nahiyəsindən xəsarət alıb.

Şabran rayon polis şöbəsi əməkdaşları tərəfindən Ə.Bayramovdan müvafiq sənədləri olmayan “Tula” markalı tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS