Bakıda 16 yaşlı qız adam öldürdü

Bakının Xəzər rayonunda 23 yaşlı qızı xüsusi amansızlıqla öldürən şəxsi polis tutub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsinin əməkdaşları tərəfidən həyata keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1991-ci il təvüllüdlü Şəms Nəhmədovanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlilova tutulub.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Şəms Nəhmədova noyabrın 27-də qətlə yetirilib. Onun meyiti evindən tapılıb. …read more

From:: ANS