Bayramda qətliam: 23 ölü

Azərbaycanda bayram günlərində 60 yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 6 gün ərzində baş verən qəzalarda ölənlərin sayı 23 nəfər olub.

Hadisələr nəticəsində 84 nəfər yaralanıb.

Hadisələrin çoxu sürət həddinin aşılması nəticəsində baş verib.

Qəzaların baş verməsində sərxoş halda maşın sürmək, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaq kimi amillər də var.

Xatırladaq ki, ölkə ərazisində dekabrın 31-dən qeyri iş günü olub. İstirahət yanvarın 5-dək davam edib. …read more

From:: ANS