Səfər Əbiyev vətəndaşlıqdan imtina edib?

“Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevin Çexiya vətəndaşlığı alması ilə bağlı yayılan məlumatlar tam yalandır.”

ANS PRESS-in məlumatına görə, bu barədə onun yaxınlarından biri “Amerikanın Səsi”nə bildirib.

O deyib ki, S.Əbiyev xaricdə müalicə alır və bu günlərdə vətənə qayıdacaq.”

Çexiyanın Azərbaycandakı səfirliyi də S.Əbiyevin Çexiya vətəndaşı olması ilə bağlı mətbuatda yayılan məlumatları təsdiqləməyib. Səfriliyin əməkdaşı bildirib: “Bizdə Səfər Əbiyevin Çexiya vətəndaşlığı alması barədə məlumat yoxdur.”

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən deyiblər ki, S.Əbiyev 2014-cü ilin martında ordu sıralarından tərxis edilib. General-polkovnik Səfər Əbiyev 1995-2013-cü illərdə Azərbaycanın müdafiə naziri olub.

Xatırladaq ki, yerli mediada son günlər keçmiş müdafiə naziri Səfər Əbiyevin Çexiya vətəndaşlığı alması barədə məlumatlar yayılır. Sosial şəbəkələrdə bununla bağlı geniş müzakirələr aparılır. …read more

From:: ANS