Yeni hicab qanunu rədd olundu

İran yeni hicab qanunu layihəsini rədd edib.

ANS PRESS-in məlumatına görə, qanun layihəsini araşdıran 12 nəfərdən ibarət nüfuzlu Mühafizlər Şurası qanun layihəsini rədd edib. Bu barədə “Azadlıq” radiosu xəbər yayıb.

İrandakı islam qanunlarına görə, qadının başı, saçları, boynu bağlı olmalıdır.

Yeni qanun layihəsi bu qaydaları bir az sərtləşdirirdi, ancaq Mühafizlər Şurası 24 maddəlik qanun layihəsində 14 müddəanı konstitusiyaya zidd sayıb.

Şura qanun layihəsini parılamentə qaytarıb. Parlament bu qanun layihəsini dekabrda qəbul edib.

Qanun layihəsi işçilərin hicab geyinməsinə görə məsuliyyəti həm də şirkət sahiblərinin üzərinə qoyur və işçiləri buna riayət etməyən şirkətlərə cərimə nəzərdə tutur. …read more

From:: ANS