“Barsa”nın bəxti gətirmədi (VİDEO)

İspaniya La Liqasında 17-ci turun oyunları davam edir.

ANS PRESS-in məlumatına görə, turun ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

“Qetafe” öz meydanında “Rayo Valekano”ya uduzub 1:2.

“Real Madrid” klubu səfərdə “Valensiya” ilə güclərini sınayıb, lakin rəqibinə uduzub – 1:2.

“Eybar” səfərdə “Espanyol”dan üstün olub – 2:1.

“Barselona”nın da bu tur bəxti gətirməyib. Kataloniya klubu səfərdə “Real Sosyedad”la bacarmayıb – 0:1.

Qeyd edək ki, La Liqada 17-ci tura bu axşam keçiriləcək “Kordoba” – “Qranada” oyunu ilə yekun vurulacaq.

4 yanvar, İspaniya La Liqası, 17-ci tur

“Qetafe” – “Rayo Valyekano” – 1:2
Qollar: Vazques, 3 (1:0), Jozabed, 39 (1:1), Baena, 64 (1:2)

“Valensiya” – “Real” (Madrid) – 2:1
Qollar: Ronaldo, 14-pen. (0:1), Barraqan, 52 (1:1), Otamendi, 65 (1:2)

“Espanyol” – “Eybar” – 1:2
Qollar: Del Moral, 34 (0:1), Boveda, 37 (0:2), Kaysedo, 80 (1:2)

“Real Sosyedad” – “Barselona” – 1:0
Qol: Alba, 2-avtoqol

…read more

From:: ANS