Donuz ovuna çıxdı, dostunu vurdu (FOTO)

Türkiyədə dostlar arasında bətbəxt hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Bursa vilayətinin Gəmlik rayonu Qarsaq bölgəsində ötən gün səhər saatlarında ova çıxan 5 dost gözlənilməz hadisə ilə üzləşib.

Meşənin müxtəlif yerlərinə ayrılan dostlardan biri uzaqda gördüyü qaraltını donuz bilib və çiynindəki tüfənglə hədəfi nişan alaraq atəş açıb. Lakin onun vurduğu donuz yox, birlikdə ova gələn dostlarından biri olub.

Bunu bilən dostlar, dərhal təcili yardım çağırıblar. Xəstəxənaya çatdırılan yaralı dost, həkimlərin səylərinə baxmayaraq həyatda qala bilməyib.

Hadisə ilə bağlı bütün dostlar polis tərəfindən saxlanılıb, izahatları alınıb.

Faktla bağlı istintaq işi başladılıb.

…read more

From:: ANS