Tək qalmağın faydaları

Müasir dövrdə bir insanın dəyərini onun məhsuldarlığı ilə ölçürlər. Toplum bizə tək qalmağa imkan vermir. İnsanın tək qalıb özünə vaxt ayıra bilməsi onun “məhsuldarlıq” məcburiyyətindən bir balaca uzaqlaşmasına kömək edir.
ANS PRESS-in məlumatına görə, heç nə etməmək əslində bir çox yaxşı şeyləri reallaşdırmağa stimul yaradır. “Promega” adlı bir şirkət işçilərinin təbii gün işığında rahatlanıb, fasilələr zamanı meditasiya ilə məşğul ola biləcəyi xüsusi yerlər ayırıb. Bu tətbiq olunduqdan sonra işçilərin səhhətinin müsbətə doğru getdiyi və məhsuldarlığının artdığı bəlli olub.

1. Duyğu üzvlərimiz kəskinləşir

Çox adam üçün 10 gün ərzində sakit qalmaqla suda gəzmək arasında fərq yoxdur. Vipassana Səssizlik İnstitutu da bu işlə məşğuldur. Bura qatılanlar on gün ərzində oxumaqdan, danışmaqdan və göz təmasından uzaq dururlar. 100-ə yaxın elm adamı araşdırma məqsədi ilə sakit qalmaq meditasiyasını həyata keçirib və danışmaq funksiyasını istifadə etməməyin digər duyğu orqanlarının işinin yaxşılaşmasına gətirib çıxardığını sübut ediblər.

2. İndiyə konsentrasiya olmaq

Britaniyalı filosof Alan Vats yazır ki, gərginliyimizin və narahatlıqlarımızın səbəbi illüziya olan gələcəkdə “yaşayıb” indiki zamanda qopuq şəkildə varlığımızı davam etdirməyimizdir. Yəni fikrimiz həmişə gələcəkdədir. Anı yaşaya bilmirik. Səssiz qalmaq diqqətimizi real xoşbəxtlik olan indiki zamana cəmləməyə kömək edir. İndinin bizə verə biləcəklərinin yanında gələcəyin bizə təqdim edə biləcəyi şeylər çox balacadır. Səssizlik və tənha qalmağımız bizi saxta xoşbəxtlik hissindən xilas edib real həyata qaytarır.

3. Yaddaşı gücləndirməyə kömək edir

Təbiət qoynunda sakitcə gəzmək beynimizdə “hippocamus” deyilən hissənin böyüməyinə gətirib çıxarır və beləcə yaddaş gücümüz artır.

4. Qərar qəbul etmə və onları reallaşdırma qabiliyyətimizi gücləndirir

Psixoloq Kell Mcgonigal qeyd edir ki, səssizlik zamanı beynimiz daha ağıllı qərarlar verir. Və onları reallaşdırmaq üçün motivasiya olmağımızı təmin edir.

5. Kim olduğumuzu bir daha xatırladır

Özümüz kimi davranmağımıza, içimizdən gələn qərarları qəbul etməyimizə kömək edir tək qalmaq. Bizə daim kənar səslər müdaxilə edir, öz içimizdən gələn səsi eşidə bilmirik. Sükut – bizə öz düşüncələrimizi eşitməyə kömək edir. İnsan iradəsi düşüncəsiz …read more

From:: ANS