Həmyerlimizdən “Yetenek Sizsiniz”də möhtəşəm illuziya (VİDEO)

Türkiyənin “Yetenek Sizsiniz” proqramında daha bir azərbaycanlı bacarığını nümayiş etdirib.

ANS PRESS-in məlumatına görə, Qəbələ şəhərindəki otellərdən birində resepşn xidməti göstərən Rəşadət Canqudov müxtəlif illuziyalarla münsifləri və tamaşaçıları heyran edib.

Həmyerlimizin bacarığı jüri heyəti tərəfindən bəyənilib və onların dördündən də “hə” cavabı alıb.

Qeyd edək ki, Türkiyənin “TV8” telekanalında yayımlanan proqramın jüri heyətində Acun İlicalı, müğənni Murad Boz, aktyor Eser Yenenler və aktrisa Özgü Namal oturublar.

…read more

From:: ANS