Eşqdən dəli olmuş qıza klip çəkildi… (VİDEO)

Tanınmış estrada müğənnisi Əkbər 2014 cü illə “Yanımdan ayrılma” mahnısına çəkdirdiyi klipi ilə vidalaşdı.

ANS PRESS-in məlumatına görə, sözləri Leyliyə, musiqi Hakan Erola məxsus olan bəstəyə müğənni özü rejissor kimi quruluş verib verib. Ekran işinin operatoru da ifaçının özüdür. Klipin montaj və rənglənməsi Ceyhun Türksoya həvalə edilib.

Əkbər ekran işində özü iztirab çəkən aşiqin obrazını özü yaradıb. “Mahnı iztirab çəkən sevgililərin həyatından bəhs edir. Mahnının sözləri tələb edirdi ki, əsas qəhrəman eşqdən dəli olmuş xanım olsun. Çalışdım ki, ruhi xəstəliyə düçar olan bir qızın yaşadıqlarını ekranlaşdımağa müvəffəq olum. Bu obrazı çox yaxın dostum Olesya Abayeva mükəmməl aktrisa kimi canlandırdı. Yanından ayrılmadığım “sevgilim”in aşiqi kimi özüm çəkilmişəm. Əminəm izləyicilər aktyor oyunumu bəyənəcəklər”.

…read more

From:: ANS