Türk qızların yaraşıqlı aktyoru ölkədən gedir

Türkiyəli məşhur aktyor Amerika Birləşmiş Ştatlarına (ABŞ) getmək qərarı verib.

ANS PRESS-in məlumatına görə, kariyerasına manikenliklə başlayan 31 yaşlı yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ rol aldığı serialın sona çatması ilə yeni planını açıqlayıb.

Ölkəsi ilə yanaşı, Yaxın Şərqdə, həmçinin Azərbaycanda da çox sayda qız pərəstişkarı olan Tatlıtuğ ABŞ-a gedəcək. O, Los Anceleslə yeni bir həyata başlamağı düşünür.

“Hollivud”da aktyorluq bacarığını inkişaf etdirmək və ingiliscə danışğını təkmilləşdirmək istəyən məşhur aktyor verdiyi radikal qərarı yaxın zamanlarda həyata keçirəcək.

Uzun müddət seriallarda rol almağı düşünməyən Tatlıtuğ sadəcə müqaviləsi olduğu bankın reklam filmləri üçün Türkiyəyə gələcək.
Qeyd edək ki, aktyor yay istirahətini də ABŞ-da keçirmişdi. …read more

From:: ANS