Rusiya sülhlə razılaşır

Rusiya, Ukrayna, Almaniya və Fransanın xarici işlər nazirləri arasında keçirilmiş telefon danışıqlarının nəticələrinə görə tərəflər yaxın günlərdə Ukrayna probleminin müzakirəsini davam etdirəcəklər.

ANS PRESS-in məlumatına görə, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vurğulanıb ki, nazirlər danışıqları yaxın günlərdə “Norman formatında” keçirmək barədə razılığa gəliblər.

Rusiya XİN-dən bildirilib ki, tərəflər Ukraynanın cənub-şərqində vəziyyətin Minsk razılaşması çərçivəsində nizama salınmasına kömək yollarını müzakirə ediblər.

Xatırladaq ki, Rusiya, Almaniya, Fransa və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov, Frank-Valter Ştaynmayer, Loran Fabius və Pavel Klimkin yanvarın 2-də telefon söhbətində Ukraynanın cənub-şərqində vəziyyətin sülh yolu ilə nizamlanması prosesini müzakirə ediblər. …read more

From:: ANS