“Sent Etyen”in baş məşqçisi: “Ələ top dəymişdi”

“Sent Etyen”in baş məşqçisi Kristof Qaltye “Qarabağ”la oyun haqda danışıb.

Rəqib çalışdırıcı hakimdən gileylənib: “Hakim səhvləri utandırıcı idi. Bu hesab bizim üçün xal itkisidir. Yaxşı ki bu, hakimin sonuncu matçı idi. Ələ top dəymişdi, penaltilərimiz verilmədi.

Tribunada açılmış “UEFA Mafiya” banneri ilə bağlı açıqlama vermək istəmirəm. Mənim hakimliklə bağlı sözlərimin bununla heç bir əlaqəsi yoxdur”.

Qaltye “Qarabağ”ın qapıçısını fərqləndirib: “Qarabağ”ın qapıçısı beynəlxalq səviyyəli qurtarışlar etdi. Bizim üçün pis olanı onların hesabda öndə olmaları idi. 0:2 hesabı olsaydı, bizim işimiz daha da çətin olardı”. …read more

From:: ANS