Rusiya yardım göndərir

Rusiya Federasiyası tərəfindən bu il yanvarın 8-də Ukraynanın cənub-şərqi sakinləri üçün daha bir humanitar karvanı göndəriləcək.

ANS PRESS-in “Qazeta.ru”ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin böhran vəziyyətlərinə nəzarət Mərkəzi İdarəsinin rəhbəri Viktor Yasusenko bildirib.

O deyib ki, həmin gün 11-ci humanitar yardım karvanının göndərilməsi planlaşdırılıb.

Onun sözlərinə görə, bu dəfə ərzaq yardımı daha çox Donbas sakinlərinə çatdırılacaq. …read more

From:: ANS