Sabirabadda yanğın

Sabirabadda yanğın hadisəsi baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Sabirabad rayonu, Şəhriyar kəndində vətandaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 4 otaq və 1 aynabənddən ibarət kürsülü evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS