Paytaxda 2 kilometrlik tıxac (VİDEO)

Axşam saatlarında Bayıl istiqamətindən üzü “Azneft” dairəsi istiqamətində uzunluğu 2 kilometrə çatan böyük tıxac yaranıb.

ANS TV-nin məlumatına görə, hava şəraitinin yağışlı olması, bu səmtdə hərəkət edən sürücülərin işini çətinə salıb. İş o yerə çatıb ki, avtomobillərin sırası Bayraq Meydanı ərazisinə kimi uzanıb. Vəziyyəti belə görən sürücülər alternativ olaraq istiqamətlərin dəyişib Bayıl ərazisindəki ara yollaradan istifadə etmək məcburiyyətində qalıb.

Təxminən bir saata qədər davam edən tıxac Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sayəsində aradan qaldırılıb və hazırda hər iki istiqamətdə hərəkət bərpa edilib.

…read more

From:: ANS