Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

Qırğızıstan Prezidenti Almazbek Atambayevin fərmanı ilə Aydjiqit Buranov bu ölkənin Azərbaycanda yeni səfiri təyin edilib.

Bu barədə Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsi məlumat verib. Bundan əvvəl Qırğızıstan parlamenti-Joqorku Keneş A.Buranovun namizədliyini təsdiq etmişdi.

Məlumatda deyilir ki, A.Buranov bir sıra vəzifələrdə çalışıb. Yeni təyinata qədər o, Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili olub. …read more

From:: ANS