Xaçmazda heykəl fəhlənin üstünə aşdı (VİDEO)

Xaçmazda fəhlə xəstəxanalıq olub. Muzeydə təmizlik işləri aparan zaman heykəl onun üstünə aşıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

ANS TV-nin məlumatına görə, bu gün səhər saatlarında Xaçmaz şəhərinin mərkəzində yerləşən Tarix Diyarşünaslıq Muzeyində bədbəxt hadisə baş verib. Keçiriləcək tədbirdən əvvəl təmizlik işləri aparmaq istəyən fəhlənin üstünə binanın fasadındakı heykəllərdən biri aşıb. Ağır xəsarət alan muzeyin işçisi 48 yaşlı Cahangir Nurəhmədov dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər.

“Xəstənin alt çənəsində və sol əlinini ovuc hissəsində əzilmiş cırılmış yaralar var. Artıq xəstəyə lazım olan bütün tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti kafidir, həyatı üçün heç bir təhlükə yoxdur”, – deyə həkim Ağayar Quliyev bildirib.

Hadisəyə səbəb fəhlənin ehtiyyatsızlığı olub, yoxsa, heykəlin dırnaq arası tərpənişi. Bu Xaçmaz şəhər polis şöbəsində aparlıan araşdırmadan sonra bəlli olacaq.

Onu da vurğulayaq ki, bölgədə ən böyük və möhtəşəm muzey kompleksi olan Tarix Diyarşünaslıq Muzeyi 2013-cü ildə tikilərək, istifadəyə verilib.

…read more

From:: ANS