Arzularınız qorxularınızdan güclü olsun

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç – günün ilk yarısında ən mühüm işləri görəndə tələskənliyə yol verməyin. Maneələr və sədlər sizə mane olmamalıdır. Xırdalıqlar sizi işdən ayırmamalıdır. Telefon zəngləri, tanımadığınız insanların müraciətləri fikrinizi dağıtmasın. Dürüst motivasiyanın olmaması bədbinlik yaratmamalıdır. Günün ikinci yarısında bu amilləri ifrat müşküllər kimi qəbul etsəniz, durum ağırlaşacaq. Axşam saatlarında alış-verişə yollanmaq olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə sayıq olun. Sizi aldatmağa, fırıldaq gəlməyə çalışacaqlar. Yadların məsləhətlərinə qulaq asmayın.

Buğa – maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin. Maaşın artırılması ilə bağlı işdə rəhbərliyə müraciət etmək olar. Səhhətinizin qeydinə qalın, rasionunuza fikir verin. Emosional durumunuz səhhətinizə bilavasitə təsir edəcək. Günün ikinci yarısında yaxınlarınız və ailə üzvlərinizin problemlərini özünüzdən kənarlaşdırmayın. Qərarı ailə üzvləri ilə məsləhətləşmədən qəbul etməyin. Əks təqdirdə münaqişə yarana bilər.

Əkizlər – günün ilk yarısında genişmiqyaslı və önəmli işləri planlaşdırmayın. Mühüm sənədlər imzalamaq üçün əlverişli zaman deyil. Hüquq və ədliyyə sistemlərinin mənsubları, məmurlarla ünsiyyət, dövlət qurumlarına yollanmaq yaxşı nəticə verəcək. Əhvalınız rəvan olmalıdır. Özünüzə qapılmayın. Soyuqqanlılığı absolyuta çatdırsanız, sizinlə sıx təmaslarda olan insanları təəccübləndirəcəksiniz. Daxili aləminizə çox qapılmayın. Axşam saatlarına yaxın həddən artıq aktiv olmayın. Qüvvələriniz imkan verirsə, fiziki təmrinlərlə məşğul olun.

Xərçəng – günün ilk yarısında şərait sakit və rəvan olacaq. İşləri dəqiq planlaşdırın. Yeni işə başlamaq niyyətiniz varsa, situasiyanı təhlil edin və düşünülmüş qərar verin. Növbədə yeni layihələrdir. Günün ikinci yarısında problemlərin və çətinliklərin sayı artacaq. Yarımçıq işləri tamamlayın. Diqqətli olun, sayıq davranın. Yaxınlarınız və dostlarınızla təmaslar zamanı sizdən nələrinsə gizlədildiyini hiss edəcəksiniz. Onların sirlərini faş etmək istəyəndə alicənab davranın ki, münaqişə yaranmasın.

Şir – qəfil çətinliklər günün ilk yarısından etibarən əhvalınızı korlaya bilər. Peşəkar fəaliyyət müstəvisindəki münasibətlərin etimad və qarşılıqlı sayğı əsasında formalaşmasına çalışın. Sözləriniz kobud və qaba olmamalıdır. Bu gün verəcəyiniz vədləri yerinə yetirin, öhdəliklərinizi unutmayın. Ailə üzvlərinin problemlərini və qayğılarını həll etməyə …read more

From:: ANS