Məkkəni sadəcə o xatırladı (FOTO)

Türkiyənin tanınmış müğənnisi Mustafa Ceceli Məkkə şəhərinin İslam peyğəmbəri Həzrəti Muhamməd (əs) rəhbərliyindəki İslam ordusu tərəfindən fəth edilməsinin ildönümünü qeyd edib.

ANS PRESS-in məlumatına görə, Məkkənin fəthi müxtəlif islami qruplar tərəfindən qeyd edilsə də şou-biznes dünyasından müqəddəs şəhəri yad edən sadəcə Mustafa Ceceli olub.

Müğənni öz instaqram səhifəsində Məkkə şəhərindəki Məscidi Həramın şəklini paylaşıb və bu müqəddəs şəhərlə bağlı hisslərini yazıb.

“Məkkə 630-cu ildə bir dəfə fəth edildi. Amma hər gedəndə insanın ürəyini təkrar-təkrar fəth edər, əgər sən də ona ürəyinlə baxa bilsən”.

Xatırladaq ki, bəzi tarixi mənbələrə görə, Məkkə şəhəri 630-cu il yanvarın 1-də müsəlman ordusu tərəfindən fəth olunub.

…read more

From:: ANS