Bakıya gələn Hadisə pərəstişkarlarını üzdü (FOTO)

Yeni il konserti üçün Azərbaycanın paytaxtı Bakıya gələn müğənni Hadisə İstanbul “Atatürk” hava limanında pərəstşkarlarını kədərləndirib.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hava limanında qeydiyyat vaxtı Hadisə səfər çantasından uzun-uzadı nəsə axtarıb.

Müğənni ilə birlikdə Azərbaycan səyahətində iştirak edən bacıları Hadisəyə jurnalistlər tərəfindən şəklinin çəkildiyi barədə xəbərdarlıq ediblər.

Makyajsız olduğu üçün paparazzilərin obyektivinə tuş gəlmək istəməyən Hadisə iri cüssəli cangüdəninin arxasında gizlənib.

Müğənni şəkil çəkdirmək üçün yanına yaxınlaşan pərəstişkarlarının da bu tələbini makyajsız olduğu üçün qəbul etməyib.

Qeyd edək ki, müğənninin uzun qalın corabları və ipi bağlanmamış çəkmələri də diqqətdən yayınmayıb.

…read more

From:: ANS