Avrasiya İqtisadi Birliyi öz fəaliyyətinə başladı

Rusiya, Belarus və Qazaxıstan 2015-ci ildən inteqrasiyanın yeni mərhələsinə – yanvarın 1-dən qüvvəyə minən Avrasiya İqtisadi Birliyi sazişinə keçdi.

ANS PRESS-in məlumatına görə, sazişin iştirakçıları olan ölkələr öz üzərlərinə malın, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst dövranını təmin etmək, iqtisadiyyatın əsas sektorları – energetika, sənaye, kənd təsərrüfatı və nəqliyyat üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsi öhdəliyini götürüblər.

Avrasiya komissiyasının qərərgahı Moskvada, İqtisadi tənzimləyicisi Alma-Atada, məhkəməsi isə Minskdə yer alacaq.

Üstəlik, 2015-ci ildə iqtisadi birliyə 2014-cü ilin dekabrın axırında müvafiq müqaviləni imzalayan Qırğızıstan da qoşula bilər. …read more

From:: ANS