Evsizlərə “avtobus-duş” (FOTO)

Amerika Birləşmiş Ştatlarının (ABŞ) San-Fransisko şəhərində əhali üçün maraqlı bir xidmət həyata keçirilir.

ANS PRESS-in məlumatına görə, San-Fransisko şəhərində evsiz adamların olduğu düşünülərək səyyar “avtobus-duş”lar fəaliyyət göstərir. Bu, ideya “Google”un 100 min dollar mükafat qoyduğu müsabiqənin qalibi Doenis Sandovalın fikri olub.

PR meneceri Sandoval “Lava Mea” adlı bu layihəsi ilə şəhərdəki 7 min evsizin təbii ehtiyaclarını ödəməsi üçün planlaşdırılıb. Sandovalın başına gələn bir hadisə onun bu fikrə gəlməsinə səbəb olub. Bie gün yolda gördüyü evsiz bir qadının “heç vaxt təmiz olmayacağam” deyib ağlaması, onun ağlına bu ideyanı gətirib.

O, bu il avtobusların sayını dörd dəfə çoxaltmaq istəyir.

Qeyd edək ki, Silikon vadisindəki “Google”, “Facebook” və “Twitter” kimi böyü şirkətlərin işçilərinin əksəriyyəti San-Fransisko şəhərində yaşayır. Texnoloji sahəsindəki yüksəlişlə əlaqədar olaraq, xüsusilə son iki ildə bölgədə evlərin, kirayələrin qiyməti qalxıb.

…read more

From:: ANS