2014-cü ilin 10 əsas silahlı münaqişəsi (FOTO)

2014-ü sülh ili adlandırmaq çətindir. İl ərzində Ukraynanın şərqi və Liviya da daxil olmaqla azı iki hərbi münaqişə başlayıb və həmçinin başqa çoxsaylı münaqişələr davam edib.
Məsələn, İsrail-Fələstin münaqişəsi kimi ötən illərdə başlamış bir çox münaqişələr bu il daha güclü şəkildə alovlanıb.

Bunlardan əlavə, erməni helikopterinin vurulması insidentinin xatırlatdığı kimi çox sayda Dağlıq-Qarabağ münaqişəsinə bənzər potensial baxımdan təhlükəli “donmuş münaqişələr” də qalmaqda davam edib.

ANS PRESS BBC Azərbaycana istinadən 2014-cü ilin 10 əsas silahlı münaqişəsini təqdim edir:

Dağlıq Qarabağ

1991-1994-cü il müharibəsinin sonundan bu yana közərən vəziyyətdə qalan münaqişə 2014-cü ildə az qala yenidən alovlana bilərdi. Bütün bu illər ərzində qarşıdurma xətti boyunca, ümumilikdə 20 min əsgər, artilleriya və zirehli texnika olmaqla qoşunlar qalmaqda davam edib. Hər iki tərəfdən atışmalar nəticəsində insanların həlak olması davam edir. 2014-cü ilin yayında münaqişə zonasında gərginliyin artması nəticəsində, Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumatda Azərbaycan tərəfinin itkiləri 12 hərbçi olaraq göstərilib. Qondarma DQR isə 25 Azərbaycan və 5 erməni hərbçisinin həlak olduğunu bildirib.
Noyabrın əvvəllərində Dağlıq Qarabağda erməni tərəfinin Mi-24 döyüş helikopteri vurulub.

Helikopter bilavasitə Azərbaycan və erməni qüvvələrini ayıran təmas xəttinin yaxınlığında vurulub və Azərbaycan ordusunun mövqeləri üzərində uçub.
İrəvanda bəyan edirdilər ki, erməni helikopterləri təlim uçuşları keçirirmişlər və heç bir təhlükə təşkil etməyiblər. Erməni silahlı birləşmələrinin üzvləri pilotların cəsədlərini götürmək üçün helikopterin düşdüyü yerə döyüşərək çatmalı olublar. Lakin müşahidəçilərin dediyinə görə, hər iki tərəfdəki əhali hadisələrin bu cür inkişafından ehtiyat etsə də, vəziyyətin gərginləşməsi yeni müharibəyə gətirib çıxarmayıb. Vəziyyətin gərginləşməsi sülh danışıqları prosesinin fonunda baş verir. Avqust ayında Soçidə Rusiya, Ermənistan və Azərbaycan prezidentləri münaqişəyə həsr olunmuş görüş keçiriblər və orada qərara alınıb ki, münaqişə yalnız dinc yolla həll edilə bilər.

İŞİD

İŞİD adlanan radikal qruplaşma ötən onilliyin ortalarında zühur edib, lakin onun fəallığı 2014-cü ilin yayında Suriya və İraqda keçirdiyi geniş miqyaslı müzəffər hücumların ardınca daha da artıb. Bir neçə həftə ərzində yaraqlılar Suriyanın şərqində, habelə İraqın …read more

From:: ANS