İlin ilk günündə 2 zəlzələ

2015-ci ilin ilk günündə Azərbaycanda ardıcıl olaraq iki zəlzələ baş verib.

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən verdiyi məlumata görə, bu gün Xəzər dənizində iki zəlzələ hadisəsi qeydə alınıb.

Birinci zəlzələ saat 05.34-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 55 km olub.

İkinci zəlzələ isə saat 06.49-da Altıağacdan 56 km şərqdə – Xəzər dənizində qeydə alınıb. Bu zəlzələnin də maqnitudası 3.0 olub, lakin 58 km dərinlikdə baş verib.

Hər iki yeraltı təkan hiss olunmayıb.

Xatırladaq ki, bundan əvvəlki, yəni 2014-cü ilin sonuncu zəlzələsi Azərbaycan ərazisində 15 dekabrda qeydə alınmışdı. Həmin gün yerli vaxtla saat 08:05:56-da Naxçıvandan 60 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Yerin 13 km dərinliyində baş verən zəlzələnin maqnitudası 4,4 bal olub. Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.
15 dekabrda qeydə alınan ikinci zəlzələ yerli vaxtla saat 11:25:30-da Xəzər dənizində, yerin 59 km dərinliyində baş verib. Zəlzələnin maqnitudası 3,1 bal olub. Zəlzələ hiss olunmayıb. …read more

From:: ANS