Nazarbayevin eks kürəkənini 10 il həbs gözləyir

Avstriya prokurorluğu Qazaxıstan prezidentinin keçmiş kürəkəni Rahat Əliyevə qarşı qətl ittihamı irəli sürüb.

ANS PRESS-in məlumatına görə, Qazaxıstanın Avstriyadakı sabiq səfiri 2007-ci ildə vətənində iki yüksək rütbəli bank menecerini qətlə yetirməkdə ittiham olunur. Əgər günahı sübuta yetirilsə, onu 10 ilədək həbs cəzası gözləyir.

Avstriya Rahat Əliyevin ekstradisiyası barədə Qazaxıstanın müraciətlərini rədd etdikdən sonra sabiq diplomata qarşı cinayət araşdırmasına başlayıb.

Rahat Əliyev irəli sürülən ittihamları siyasi motivli kimi rədd edir. O, iyun ayında Avstriya hakimiyyətinə təslim olunduqdan sonra istintaq təcridxanasında saxlanılır. Məhkəmə şərtləri Əliyevin zəminə buraxılmasını nəzərdə tutmur.

İnsan oğurluğunda ittiham olunan keçmiş kürəkən iyun ayın Vyanada həbs olunub. Onun həbsi üçün order hələ mayın 19-da verilmişdi. Rahat Əliyevin nümayəndəsi Manfred Aynedter Avstriya mətbuatına bildirib ki, keçmiş diplomat hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə qərar verərək özü, könüllü olaraq, polisə təslim olub.

Qeyd edək ki, Rahat Əliyev 2008-ci ildə vətənində hakimiyyəti ələ keçirməkdə və insan oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar qrupu yaratmaqda ittiham olunaraq 40 il qiyabi həbs cəzasına məhkum edilib. 2011-ci ilin iyununda Vyana məhkəməsi R.Əliyevi ekstradisiya etməkdən imtina edib.

Qazaxıstan Prokurorluğu həmçinin Rahat Əliyevin 2006-cı ildə müxalifətçi Altınbek Sarsenbaevin qətli ilə əlaqəli olduğunu güman edir.

Rahat Əliyev prezident Nazarbayevin böyük qızının əri olub. O bir vaxtlar Milli Təhlükəsizlik Kömitəsi, Vergi Xidməti və Xarici İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb.
2008-ci ildə Qazaxıstan məhkəməsi cinayət qrupunun təşkili, adam oğurlanması və hakimiyyəti ələ keçirmək ittihamları ilə bağlı ölkəni artıq tərk etmiş Rahat Əliyevə uzunmüddətli həbs cəzası kəsib. …read more

From:: ANS