“Əl-Qaidə” Yəməni qana boyadı

Yəmən paytaxtı Səna şəhərində çox saylı insanın ölümü ilə nəticələnən terror aktı törədilib.

ANS PRESS-in məlumatına görə, paytaxtda mədəniyyət mərkəzinin girişində baş vermiş partlayış nəticəsində 33 nəfər ölüb.

Yəmən səlahiyyətliləri verdikləri açıqlamada bidiriblər ki, partlayışda çoxlu sayda yaralananlar var.

Terrorçu şəhərdəki mədəniyyət mərkəzinin girişində özünü partladıb.

Hakimiyyət nümayəndələri terror aktında “Əl-Qaidə” terror qruplaşmasının əli olduğunu bildirirlər. Terror qruplaşması partlayışla bağlı hər hansı bir məlumat açıqlamayıb. …read more

From:: ANS