Nyu Yorkun qeyri-adi Yeni ili

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhəri bu il də yeni il adətindən geri qalmayacaq. Taymz Meydanında quraşdırılan Uoterford Kristal Kürəsi köhnə ilin son saniyyələrini geri saymaq üçün hazır vəziyyətə gətirilib.

Rəngarəng işıqları ilə diqqəti cəlb edən Kristal Kürə hər il dekabrın 31-i 23:59-a 43 metrlik məsafədən aşağı endirilir. Kürə 1 dəqiqə ərzində yerə enir. Bu isə, Nyu Yorkda yeni ilin daxil olmasından xəbər verir.

Ötən gün Nyu York rəsmiləri tədbiri sınaqdan keçiriblər. Bu gün tədbirə minlərlə insanın qatılacağı gözlənilir. Vəziyyətlə əlaqədar təhlükəsizlik xidməti də gücləndirilib. …read more

From:: ANS