Ebola daha bir ölkədə?

Kanada səhiyyə işçiləri 7 nəfərin Ebola virusuna yoluxub-yoluxmadığını yoxlayır.

ANS PRESS-in məlumatına görə, bu barədə CBC kanalı xəbər verib.

Yoxlanılanların Qərbi Afrikadan gəldikləri bildirilib.

Daha əvvəl Kanada höküməti ölkədə yoluxma halı baş tutmasın deyə Qərbi Afrikadan olan vətəndaşlara viza verməkdən imtina etmişdi. Qərarla əlaqədar Syerra-Leon rəsmiləri Kanadanı diskriminasiyada günahlandırmışdı.

Dünya Səhiyyə təşkilatının son məlumatına görə, Ebola virusu nəticəsində xəstəliyin dünyada 7842 nəfərə çatıb. Xəstəliyə yoluxanların sayı isə 20 mindən çoxdur.

Xəstəliyin ən çox yoluxma halı Syerra-Leon, Liberiya və Qvineyadadır. Bundan əlavə xəstəlik Nigeriya, Mali, Seneqal, İspaniya və ABŞ-da yayılıb. 29 dekabr tarixində isə yoluxma halı Şotlandiyada qeydə alınmışdı. …read more

From:: ANS