Avtobus dərəyə yuvarlandı: 4 ölü

Almaniyanın Bad Hersfeld şəhərində turist avtobusu qəzaya uğrayıb.

Avtobusun minik avtomobil ilə toqquşduqdan sonra yoldan çıxararaq 50 metr dərinlikdə dərəyə yuvarlanması nəticəsində 4 nəfər ölüb, 40-dan çox sərnişin xəsarət alıb.

Qəzanın baş verməsinə səbəbi avtobusun minik avtomobil ilə toqquşması olub. Polis şaxtalı havalarla əlaqədar yolların buzlandığı, qəzaya da məhz buzlanmanın səbəb olduğunu bildirib.

Qəza zamanı turistlərin əksəriyyəti yaşlı insanlar olub. …read more

From:: ANS