Miqrantların arzusu gözündə qaldı

Mərakeşdə 200 mühacir İspaniyaya məxsus anklav ərazi Melilyaya keçməyə cəhd göstərib.

Həmişəki kimi bu dəfə də mühacirlərin iki ölkə sərhdindəki səddin üzərində qalması tragikomik görüntülərin ortaya çıxmasına səbəb olub. Bir qrup mühacir İspaniya torpaqlarına keçə bilsə də, bəziləri hasarı aşmağı bacarmayıb.

Polis uzun müddət mühacirləri hasarın başından aşağı endirməyə çalışıb. Polis azı 102 mühacirin sərhədi keçdiyini deyib.

Melilya torpaqları 2014-cü ildə Afrikadan Avropaya axın edən mühacirlərin ən çox istifadə etdiyi yollardan biri olub. …read more

From:: ANS