Bayramdır – unutmayın…

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – Bu dünyada mütləq bir adam var ki, onun yanında olanda sizə dəyər verməyənləri unudacaqsınız. İlin son günüdür. Səbrli, eyni zamanda nikbin olun.
Boş söhbətlər, mübahisələr və müzakirələrə vaxt ayırmayın. Əks təqdirdə münasibətlərin aydınlaşdırılması gərginləşəcək, münaqişə yaranacaq.
Problemlər, maraqlar və niyyətlərin qovuşuğu indi informasiya, məlumatlardan yararlanma müstəvisindədir. Əlaqələr, təmaslar və qarşılıqlı tərəfdaşlıq da çox mühümdür.
Yaxınlarınız və ya həmkarlarınızdan birinin həyatındakı olay sizi narahat edə bilər. Yəqin ki, həmin adama yardım etməli, onun həyəcanlarına qatılmalı olacaqsınız.
Ev işləri üçün yaxşı gündür. Kiçik işləri başa vurun, yaşam arealınızı qaydaya salın, nizam yaradın, hər şeyi yerbəyer edin. Daha maraqlı və perspektiv fəaliyyətə hazırlaşın.

Buğa – Doğrulmayan ümidlər, puç olan xülyalara görə dərindən təəssüflənməyin. Yeni il yeni şanslar və imkanlar vəd edir. Yaxın ətrafınızdakı insanlardan birinin fəaliyyəti və ya danışıqları “sürpriz”lər vəd edir. Çalışqan, qətiyyətli, inadkar olun. Cavab reaksiyası istədiyiniz kimi olmaya bilər.
Sakit gün deyil. Münasibətləri gərginləşdirməmək, nəyisə korlamamaq üçün ehtiyatlı olun. Cari dəyişikliklərdən qəfil mənfəət əldə edə bilərsiniz.
Uzaqdan xəbər, faydalı informasiya, dəstək gələcək. Hadisələrin bəzilərini, xüsusilə də bir neçə problemi qabaqlayaraq onlar barədə məlumat əldə etməyə çalışın.
Yaxın günlərin, çətin də olsa, konstruktiv dəyişikliklərə səbəb olması üçün planlarınızda dəyişikliklər etmək gərəkdir.

Əkizlər – 2014-cü ilin problemlərini gələn ilə daşımayın. Kollektiv iş və ya istirahətlə bağlı situasiyalar xüsusi diqqət tələb edir. Başqalarını təəccübləndirəcək əmələ yol verməyin.
İndiyədək yaxşı tanıdığınızı düşündüyünüz insan hərəkəti ilə sizi heyrətləndirə bilər. Günün hadisələri və axarı sizi hələlik təfərrüatları olmayan fikirlərə istiqamətləndirir.
Mühüm proseslərə nəzarət etməyə çalışacaqsınız. Gərəksiz, ballasta çevrilmiş münasibət və ya insandan qurtulun. İzafi gərginlikdən xilas yolu ev işləridir.
Yaxınlarınızla mübahisələrə, yaxud da münaqişələrə rəvac verməyin. Çünki onların dəstəyi indi sizin üçün abstraksiya deyil.

Xərçəng – Sakitlik, istirahət və əyləncə günü deyil. Bayramdır, şənlənin, sevinin. Sizə dəyər verənləri sevindirin. Dəyişikliklərə dərhal reaksiya verin. Cari situasiyalara münasibətinizi dərhal dəyişin. Qıvraq, çevik, …read more

From:: ANS