Prokurorluqdan rəsmi ittiham

İstintaqa cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasının qarşısının alınması sahəsində müvafiq səlahiyyətləri həyata keçirən dövlət orqanı tərəfindən “RFE/RL İnc” (Radio Fredoom of Europa/Radio Liberty-Azad Avropa/Azadlıq radioları korporasiyası) şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şübhəli bank əməliyyatları həyata keçirməsi barədə məlumatlar daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin bank hesablarına 2010-cu il yanvarın 1-dən 2014-cü il dekabrın 9-dək olan müddətdə “RFE/RL İnc” şirkətinin baş ofisi tərəfindən 3 milyon 555 min 688 manat məbləğində pul vəsaitləri daxil olub, həmin pulun 189 min 100 manat məbləğində hissəsi təhtəl-hesab şəxs kimi nümayəndəliyin maliyyə meneceri (qanuni təmsilçi) Mirzəyev Yəhya Hidayət oğlu tərəfindən xəzinədən nağd götürülərək müxtəlif təyinatlar üzrə xərclənməsi rəsmiləşdirilib.

Nümayəndəlikdə yalnız bir nəfərin, maliyyə menecerinin təhtəl-hesab şəxs kimi xəzinədən 189 min 100 manat məbləğində külli miqdarda nağd pul vəsaitlərini götürməsi, həmin pul vəsaitlərinin foto, video çəkiliş, içməli su, çay, qənd alınması, bərbərxanaya ödəmələr və sair bu kimi kiçik məbləğli təyinatlar üzrə xərclənməsinin rəsmiləşdirilməsi, eləcə də fiziki şəxslərin gəlirləri barədə müvafiq vergi orqanlarına hesabatlar təqdim etməmələri, nümayəndəlik tərəfindən nəşrinə külli miqdarda pul vəsaitləri sərf edilən “Fərqli düşüncə” adlı jurnalın pulsuz paylanması kimi xüsusatlar nümayəndəliyin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər tərtib etməklə külli miqdarda maliyyə vəsaitlərinin mənimsənilməsini ehtimal etməyə əsaslı şübhələr yaradır.

Həmçinin istintaqa cəlb edilərək şahid qismində dindirilmiş “RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müxbiri Əliyeva Fərəh Sabir qızı ifadəsində göstərib ki, nümayəndəliyin maliyyə meneceri Yəhya Mirzəyevin göstərişi ilə 2013-cü ilin may və 2014-cü ilin aprel-may aylarında “Azadlıq” radiosunun “Oxu zalı” layihəsində iştirakla bağlı xidmət müqaviləsi əsasında xidmət haqqı adı ilə onun adına rəsmiləşdirilmiş cəmi 3675 manat pul vəsaitinin yalnız 900 manat hissəsi faktiki surətdə ona verilib, qalan 2775 manat pulu Yəhya Mirzəyev özünə götürüb.

Nümayəndəliyin müxbiri Zeynalov Cavid Aşur oğlu da ifadəsində göstərib ki, 2012-ci ilin noyabrında “RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə meneceri Yəhya Mirzəyev onu …read more

From:: ANS