“Qarabağ”ın oyununu “NTV sport +”dan azərbaycanlı şərh edəcək

Avropa Liqasının qrup mərhələsində V turu çərçivəsində keçiriləcək “Sent-Etyen” – “Qarabağ” qarşılaşması Rusiyanın məşhur idman kanalı vasitəsi ilə canlı yayımlanacaq.

ANS PRESS-in məlumatına görə, “NTV sport +” telekanalında yayımlanacaq qarşılaşmanı azərbaycanlı şərh edəcək.

Belə ki, jurnalist Elvin Kərimov sosial şəbəkədə paylaşdığı statusda “Sent-Etyen” – “Qarabağ” qarşılaşmasını şərh edəəcyini bildirib.

Qeyd edək ki, qarşılaşma “İdman Azərbaycan” kanalı ilə də canlı yayımlanacaq. …read more

From:: ANS