Horadizdə bayram konserti

Horadiz şəhərindəki Muğam Mərkəzində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir- bayram konserti keçirilib. Təbdirdə rayonun idarə, müəssisə təşkilatlarının işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

ANS PRESS xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış edib, mərasim iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yen il münasibəti ilə təbrik etmiş, xoş arzularını çatdırmış, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.

Heydər Əliyevin Dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan A.Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd edib.

O deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda, Şuşada, Füzulidə dalğalanmasıdır: “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik.”

A.Alıyev 2014-cü ilin ölkəmiz, o cümlədən Füzuli rayonu üçün uğurlu il olduğunu, əlamətdar hadislələrlə yadda qaldığını qeyd edib. Bildirilib ki, 2014-cü il avqustun 28-də ölkə başçısının Füzuli rayonuna gəlməsi, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak etməsi və görülən işlərə yüksək qiymət verməsi füzulililər üçün ən əlamətdar hadisələrdən biri olub.

Tədbir rayonun tanınmış mədəniyyət və incəsənət ustalarının ifasında rənga-rəng konsert proqramı ilə davam edib.

…read more

From:: ANS