Səfərə çıxanların nəzərinə!

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib.

ANS PRESS-in NİİM-ə istinadla verdiyi məlumata görə, bayram günləri ilə əlaqədar olaraq bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şossesində sıxlıq yarana bilər.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılmasını tövsiyə edir.

…read more

From:: ANS