ABŞ girovlardan xəbərsizdir

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda saxlanılan Dilqəm Əsgərov və ÇŞhbaz Quliyevə “hökm” oxumasından xəbərsizdir.

ANS PRESS-in ABŞ bürosunun məlumatına görə, bunu ötən gün brifinq keçirən departamentin Jeff Ratke deyib.

Brifinqdə ANS-in Ermənistanda girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qondarma məhkəmə prosesi və onlara verilən ədalətsiz qararala bağlı sualını cavablandırmayıb.

“Mənim bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur. Bunu nəzərdən keçirərəm və brifinqdən sonra çalışaram nəsə öyrənim”.

Maraqlıdır ki, Dövlət Departamentinin sözçüləri artıq 2-ci dəfədir ki, Azərbaycan girovları ilə bağlı suallarımızı cavabsız qoyur. “Azadlıq” radiosunun əməkdaşlarının istintqa çağırılmasından dərhal xəbər tutan Departament iyul ayından bəri girovluqda olan Azərbaycanlılar barədə isə hələ də məlumatsızdır.

Mətbuat konfransında erməni jurnalist isə rəsmi Vaşinqtonun “Azadlıq” radiosunun sadəcə bəyanat verməklə kifayətlənməməli olduğunu, radionun bağlanmasının Birləşmiş Ştatlar-Azərbaycan münasibətlərinə niyə təsir etmədiyi haqda israrla sual ünvanlayıb. Jeff Radki isə ABŞ-Azərbaycan münasibətlərini pisləşməsinin nzərdən keşirilmədiyini dedi. …read more

From:: ANS