Azərbaycanin 3 xristiyan vətəndaşı İranda saxlanılıb

Oyannews: Azərbaycan Cumhuriyyətinin 3 xristiyan vətəndaşı Tehranın Sepah (İnqilab keşikçiləri) kəşfiyyatı tərəfindın saxlanılıb.

“Məhəbbət News”a daxil olan xəbərlərə dayanaraq, 3 Azərbaycanlı xristiyan turist, gəzmək və eləcə də din qardaşlarını görmək üçün getdikləri Tehranda Sepah keşfiyyatı tərəfindən saxlanılıb. Bu 3 Azərbaycan vətəndaşı İyunun 24`ü Kərəcin Əndişe şəhərciyinin ikinci fazasında İranlı bir xristiyanın evindən naməlum yerə aparılaraq nəzarətdə saxlanılır.

Nəzarətdə saxlanılanların adları aşağıda təqdim edilir:

37 yaşında, evli və Bakı sakini Bəhram Nəsibof Elxanoğlu

52 yaşında, evli və Bakı sakini Yusif Fərhadof Talətoğlu

48 yaşında evli və Bakı sakiniEldar Qurbanof

Qeyd etməliyik ki həmin ev kilsəsində bunlarla birlikdə eləcə də 10 nəfər İran vətəndaşı xristiyan nəzarətə götürülüb. Ancaq biri xaric 9 nəfəri bir neçə saatlıq sorğudan sonra sərbəst buraxılıb.

45 yaşında olan İranlı xristiyan Naser Nəvərd Qoltəppe nəzarətə götürülən bir digər xristiyanlardan biridir. Nəzarətdə saxlanıldığından bir ay keçməsinə baxmayaraq harda saxlanıldığı haqda məlumat yoxdur.

Bakıda “Həyat Kəlməsi” adlı kilsənin üzvlərindən olub Sepah Kəşfiyyatı tərəfindən saxlanılan 3 Azərbaycanlı xristiyan, Tehranlı bir qrub xristiyan tərəfindən qeyd edilən tarixdə Tehrandakı dindaşları ilə tanış olmaq üçün dəvət edilmiş idilər.

Nəzarətdə saxlanılan Azərbaycan vətəndaşlarının ailələri indiyədək onlarla əlaqə saxlaya bilməmişlər. 3 Azərbaycanlıdan sadəcə birinə ailəsi ilə telefon əlaqəsi saxlamaq üçün iki dəfə icazə verilib. Əlaqədə, onların üçünün də bir yerdə saxlanıldığı və durumlarının yaxşı olduğu deyilib.

Beləliklə bu 3 Azərbaycan vətəndaşının harda saxlanıldığı hələ də naməlumdur və indiyədək hər hansı bir İran rəsmisi də bu haqda açıqlama vermeməşdir.

The post Azərbaycanin 3 xristiyan vətəndaşı İranda saxlanılıb appeared first on OyanNews.

…read more

From:: Oyan News