“Qırmızılar” rəqibini əzdi (VİDEO)

Bu gün İngiltərə Premyer Liqasında 19-cu tur başa çatıb.

ANS PRESS-in məlumatına görə, son oyun günündə bir qarşılaşma keçirilib.

Doğma azarkeşləri önündə “Suonsi” ilə qarşılaşan “Liverpul” rəqibinə böyük hesabla qalib gəlib.

Turun son oyununda “Liverpul” doğma meydanda “Suonsi”ni qəbul edib. Matçın son nəticəsi qonaqlar üçün ürəkaçan olmayıb və “Qırmızılar” böyük hesabla rəqib üzərində qalibiyyət qazanıblar – 4:1.

Qeyd edək ki, “Liverpul” bu hesabla turnir cədvəlində 8-ci pilləyə yüksəlib.

29 dekabr, İngiltərə Premyer Liqası, XIX tur:

“Liverpul” – “Suonsi” – 4:1
Qollar: Moreno, 33 (1:0), Lallana, 51 (2:0), Siqurdson, 52 (2:1), Lallana, 61 (3:1), Şelvey, 69-avtoqol (4:1)

…read more

From:: ANS