Elçin Behbudov ANS-in suallarını cavablandırdı (VİDEO)

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ilə bağlı hüquq müdafiəçisi İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Xəbərçi”nin sullarını cavablandırdı.

– Elçin müəllim, bu adamlarla mütəmadi təmasda olurdunuz, onlarla görüşürdünüz. Onlar bu cür əfvi gözləyirlər, yoxsa həqiqətən də onlar üçün gözlənilməz oldu?

– Öncə əfv fərmanına görə dövlət başcısı İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Ümumiyyətlə biz məhkumlarla, yəni təqsirləndirilən şəxslərlə mütəmadi olaraq monitorinqlər zamanı görüşürük. Onların istəklərindən biri əlbəttə ki, əfv olunmalarıdır. Onlar əfv fərmanını gözləyirdilər.

– Elçin müəllim, əfv fərmanından sonra belə çıxır ki, içəridə Qərbin səsləndirdiyi kimi səsli-küylü məhbus qalmayıb. Təbii ki, Azərbaycan bu addımları atarkən kiminsə – Qərbin, yaxud da Avropanın xoşuna gəlmək üçün atmır. Bu ölkənin daxilindən gələn bir siyasətdir. Amma yenə də içəridə olanları siz təftiş edirsiz, eyni zamanda araşdırısız?

– Azərbaycanın özünün insan hüquqları ilə məşğul olan kifayət qədər hüquq müdafiə təşkilatları var. Qərb dövlətləri isə getsinlər özlərində baş verən hüquq pozuntularını aradan qaldırsınlar.

– İçəridən daha dəqiq desək çıxmaq şansı olan və ümumiyyətlə bu əfvi gözləyən nə qədər insan var?

– Bunu gözləyənlər çoxdur. Əlbəttə ki, məhkumların əksəriyəti əfv olunmaqlarını istiyirlər. Ancaq burda əfv haqqında qanun və əsasnamə var, məhz ona uyğun olmalıdır.

– Əfv olunması ilə bağlı hər bir şəxs müraciət edə bilərmi? Bilərsə bunun mexanizmi necədir? Çünki, adətən bu əfv fərmanları çıxandan sonra televiziyaya bununla bağlı çoxsaylı zənglər daxil olur – biz necə edə bilərik?

– Əfv haqqında əsasnaməyə görə, məhkumun özü, valideyinləri, hüquq müdafiə təşkilatları və vəkillər müraciət edə bilər. O da yalnız əfv vermə haqqındakı əsasnaməyə görə məhkum cəzasının yarısını çəkəndən sonra, əfv olnması ilə bağlı müraciət edə bilər. Özəliklə əfv birbaşa prezidentin müstəsna səlahiyyətlərinə aiddir.

– Əfv olunması ilə bağlı hər bir şəxs müraciət edə bilərmi? Yəni cəza almış istənilən bir məhkum?

– Yenə də məhkum cəzasının yarısını çəkəndən sonra. Əgər ona 10 il müddətinə cəza …read more

From:: ANS