Birinci xanım bina açılışında

Bu gün Bakının Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün 120 mənzildən ibarət binanın açılış mərasimi olub.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Baş nazirin müavini Abid Şərifov binanın rəmzi açılışını bildirən lenti kəsdilər.

Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin həyata keçirdiyi böyük sosial əhəmiyyətli layihələrdən biri yetkinlik yaşına çatdıqdan sonra internat evlərini tərk edən kimsəsiz məzunların yerləşdirilməsi üçün yaşayış binasının tikilməsidir. Valideyn himayəsindən məhrum olan uşaqları hər zaman diqqətdə saxlayan Mehriban Əliyeva əslində bu addımı ilə Azərbaycanın xoşbəxt gələcəyinin təmin olunması işinə öz töhfəsini verir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramı bu kateqoriyadan olan uşaqların həyat şəraitinin yaxşılaşdırılmasına, onların hər zaman diqqət və qayğı ilə əhatə olunmasına geniş imkanlar açıb.

Heydər Əliyev Fondunun prezidenti çoxdan bəri ictimai narahatlıq doğuran ciddi bir məsələnin – uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş gənclərin mənzillərlə təmin edilməsi ilə bağlı problemin həllinə nail olub. Hazırda ölkəmizdə uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9 min 875 uşaq dövlət himayəsində yaşayır. Uşaq evləri və internatlarda həmin uşaqlara dövlətimiz tərəfindən 18 yaşınadək baxılır. Yetkinlik yaşına çatıb uşaq evlərini tərk edən məzunların yerləşdirilməsi, onların sosial müdafiəsinin təmin edilməsi, cəmiyyətə inteqrasiya olunması istiqamətində də dövlət tərəfindən ardıcıl tədbirlər görülür. Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələyə diqqət və qayğısının nəticəsi olaraq, Nazirlər Kabinetinin müvafiq Sərəncamı əsasında Abşeron rayonunun Masazır qəsəbəsində hər iki valideynini itirmiş kimsəsiz məzunların yerləşdirilməsi ilə əlaqədar yaşayış binasının tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. İlkin mərhələdə 120 mənzilli, 240 nəfərlik 13 mərtəbəli yaşayış binasının və infrastruktur obyektlərinin tikintisi başa çatdırılıb. Sonrakı mərhələlərdə isə əlavə hər biri 120 mənzilli, cəmi 540 nəfərlik …read more

From:: ANS